Keçmiş gəlininin Mətanət İsgəndərlinin səsi ilə restoranda oxuması başına bəla oldu - VİDEO

Keçmiş gəlininin Mətanət İsgəndərlinin səsi ilə restoranda oxuması başına bəla oldu -

Əməkdar artist Mətanət İsgəndərlinin illərdir ki, qalmaqal yaşadığı gəlini Canana (Aynur Vaqifqızı) son paylaşımı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, restoranların birində keçirilən şou proqramda səhnə alan Canana qayınanasının "vizit kartı" sayılan "Gecələr hitini ifa edib.

Diqqətçəkən məqam isə Canananın nəğmədə özünün deyil, Mətanətin səsi ilə oxuması olub. Yəni, o, bu mahnını birbaşa Mətanətin fonoqramı ilə oxuyub. Mahnının zillərində isə Canana öz səsini çıxartmağa çalışsa da eşidilən yalnız İsgəndərlinin ifası olub.
Həmin anlar lentə alınıb və videonu Canana sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onun bu paylaşımı isə başına bəla olub. Belə ki, izləyicilərin əksəriyyəti şərhlərdə Canananı bu hərəkətinə görə tənqid atəşinə tutublar.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media