Rühəngiz Musəvi: “İkinci həyat yoldaşımdan mənə ev qalıb” - VİDEO

Rühəngiz Musəvi: “İkinci həyat yoldaşımdan mənə ev qalıb” -

“İkinci həyat yoldaşımdan mənə ev qalıb. Hazırda o evdə yaşayıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.

Sənətçi bildirib ki, səs-küy səhhətinə mənfi təsir etdiyinə görə artıq toylara getmir:

“Toylara getmirəm və xoşlamıram. Məni məclislərə dəvət edirlər. Çox zaman deyirəm ki, başım ağrayır, təzyiqim var və bu səbəbdən toya gələ bilməyəcəyəm. Rədd cavabı vermişəm. Toylara getməyi özüm istəmirəm. 40 ildir toylarda oldum. İndi keçirilən bu hay-küylü toylara getməyi istəmirəm. Çox nadir hallarda gedirəm o da yalnız tanıdığım ailələrin məclislərinə. Mənə belə xoşdur. İstəyirəm ki, insanlar məni yalnız efirlərdə görsünlər. “Səs-küylü” toy deyəndə oradaki səs başıma düşür. Amma gedirəm oxuyuram. İstəmirəm, bezmişəm”.

Rühəngiz gəlirindən də söz açıb. O vurğulayıb ki, dövlətdən aldığı təqaüd, bir də gizli saxladığı gəlir yeri ona kifayət qədər bəs edir:

“Fəxri adım var – “Əməkdar artist”. Onun pulunu alıram. Əlavə gəlirim də var. Şükür Allaha! Mənə bəs edir... Ağıllı insanam. Toylara gedəndə özümə lazımı qədər arxaya pul atmışam. Pandemiya zamanı bir çox müğənnilər çalışmadılar və nəticədə pulsuz qaldıqlarını söylədilər. Bəs bu qədər bunlar toya gedirlər, bu qədər pul qazanırlar... Bəs niyə o pulu arxaya atmırlar?
Pulları bankın kassasında saxlayıram (gülür). Yaxşıdır ki, zamanında pullarımı orada götürdüm və nələrsə etdim. Bir sözlə dar günüm üçün pulum var. Dolanıram, Allahıma şükür edirəm. Mənə bəs edir. Toya da gedə bilərəm çünki səsim də görünüşüm də yerindədir. Ağıllı bir iş gördüm, toya getdiyim zamanlar aldığım qonorarı yığıb özümə ev aldım. İnsan ağıllı iş görməlidir və gələcəyini düşünməlidir. Hansı sahədə çalışmağından aslı olmayaraq bir insan çalışmalıdır ki, özünə yaxşı şərait qursun. Hamının da var... Mənim də var. Mənə aylıq o 500 manat bəs edir və bir də dediyim kimi zamanında ağılla iş görmüşəm, oradan da gəlirim gəlir”.


Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media