Milyonluq auditoriyasına Bakını göstərdi - FOTOLAR

Milyonluq auditoriyasına Bakını göstərdi -

Rusiyalı dəb tarixçisi, sənətşünas və teleaparıcı Aleksandr Vasilyev Bakıya gəlib.

O bu barədə instaqram hesabında bildirib.

Vasilyev qeyd edib ki, ilk dəfə Bakıya atası ilə 1971-ci ildə məşhur azərbaycanlı rəssam Tahir Salahovun dəvəti ilə gəlmişdi.

“Bakı bizi Xalça festivalı, dadlı restoranları, sarayları və muzeyləri, həmçinin qayaüstü rəsmləri ilə şöhrət qazanmış Qobustan qoruğuna səfərlə sevindirdi”, - rusiyalı məşhur budəfəki səfəri haqda yazıb.

Qeyd edək ki, A. Vasilyevin instaqramda 1,4 milyondan çox izləyicisi var.






Mənbə: qafqazinfo.az