Nikolas Keycin oğlu anasını döyməkdə ittiham olunur

Nikolas Keycin oğlu anasını döyməkdə ittiham olunur

Amerikalı aktyor Nikolas Keycin 33 yaşlı oğlu Ueston Keyc anası Kristina Fultona hücum etməkdə ittiham olunur.

“Qafqazinfo” TMZ portalına istinadən xəbər verir ki, 56 yaşlı aktrisanı üzündə zorakılıq əlamətləri ilə görüblər. Onun gözünün altında böyük qançır, üzündə isə cızıqlar olub.

Ehtimal edilir ki, insident Kristina Fultonun evində baş verib. Belə ki, ana-oğul mübahisəsi dava ilə sonlanıb.

Ueston Keyci həbs etmək mümkün olmayıb. Polis gələnədək o, hadisə yerindən qaçıb.

Nəşrin məlumatına görə, Kristina Fulton oğlunun ünvanına olan ittihamları qəbul etmir və konfidensiallıq tələb edir.




Mənbə: qafqazinfo.az