Küveytdən gələn 12 milyonluq təklifi rədd etdi

Küveytdən gələn 12 milyonluq təklifi rədd etdi

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ 12 milyon TL-lik (633600 AZN) təklifi rədd edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Küveytdə bir mağazanın açılışına qatılmaq üçün dəvət edilən 40 yaşlı aktyor təklifdən karyerasına uyğun gəlmədiyini əsas gətirərək imtina edib.

Xatırladaq ki, daha öncə K.Tatlıtuğ Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dən iş təklifləri alıb. Lakin onları da rədd edib.




Mənbə: qafqazinfo.az