Türkiyənin əfsanəvi “Hababam sınıfı” filminin 50-ci ili tamam olub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu münasibətlə aktyor heyətindən sağ qalan simalar “Hababam sınıfı” muzeyinə baş çəkib.
Onlar 50 il sonra eyni partalarda əyləşiblər. Daha sonra sənətçilər qonaqlarla fotolar çəkdirib, tort kəsiblər.
Qeyd edək ki, filmdə Münir Özkul, Keman Sunal, Tarık Akan və Halit Akçatepe kimi “Yeşilçam” ulduzları yer alıb.





Mənbə: qafqazinfo.az