“Sevərək ailə qurmamışam”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov “Etiraf” verilişində deyib.
Sənətçi ailəsi ilə bağlı bu sözləri dilə gətirib:
“Arvadımla bir kənddənik. Demək olar ki, yaxın qonşuyuq. Qismət oldu, görüşdük. Evdə dörd uşaq olmuşuq – 3 qardaş və bir bacı. Mən evin sonbeşiyiyəm. Böyük qardaşım Qərib bəyin 70 yaşı var. Valideynlərim yaşlandığına görə 21-22 yaşımda məni evləndirmək qərarına gəldilər. Onlar mənim toyumu görmək istəyirdilər. Onları dediyi kimi də oldu və mən 22 yaşımda ailə qurdum”.
Mənbə: yenisabah.az