Müğənni İradə Mehrinin ailəvi məkanda olan geyimi birmənalı qarşılanmayıb.
Onun səhnəyə çıxdığı məkanlardan birində geyindiyi açıq-saçıq libas sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İzləyicilərin bir qismi sənətçinin seçdiyi geyimi sərt şəkildə tənqid edərək, onun səhnəyə və tamaşaçıya hörmət etmədiyini bildirib.
Bəzi izləyicilər isə daha da irəli gedərək, təhqiramiz ifadələrə yer veriblər. Tənqidlərdə əsas vurğulanan məqam isə sənətçinin ifasından çox görünüşü ilə gündəmə gəlməyə çalışması olub.
İfaçını dəstəkləyənlər də olub. Onlar bu tərzin şəxsi seçimi olduğunu və heç kimin onu buna görə aşağılamağa haqqı olmadığını bildiriblər.
Mənbə: bizim.media