Bakı Marafonu “Küləyə qalib gəl” start götürüb.
Marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından başlayıb.
Artıq 8-ci dəfədir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonuna minlərlə iştirakçı, tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub.
Ümumilikdə, marafonda 28 minədək şəxs qeydiyyatdan keçib. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edir.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digər ölkələrdən qoşulanlar var.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.
2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.











Mənbə: qafqazinfo.az