Bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrılıb.
Bu haqda Nagehan "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, 9 illik evlilikləri bitib.
"Dost kimi yollarımızı ayırdıq. Həyatımdakı dostumdur. Uşaqlarımın atasıdır. Rəsmən ayrılmışıq. 6 aydır birlikdə yaşamırıq", - deyə Nagehan deyib.
Qeyd edək ki, cütlük dəfələrlə ayrılıb və barışıb. Nagehan bir müddət əvvəl övladları ilə İstanbula köçüb. Fərid də onunla birlikdə İstanbula getmişdi. Cütlüyün 2 övladı var.
(Axşam.az)
Mənbə: publika.az