Müğənni Aysun İsmayılovanın başına iş gəlib.
O, Moskvadan Bakıya qayıtmaqda çətinlik çəkib.
Buna səbəb isə bütün reyslərin ləğv edilməsi olub.
O yaşadığı narahatlığı belə dilə gətirib:
"Bu gün 12:10 təyyarəsi ilə Bakıya uçmalı idik. Lakin gecə müharibə şəraiti ilə bağlı bütün hava limanlarını bağladılar, reyslər dayandırıldı. Deyilənə görə, təyyarəmiz 17:10-da uçacaq. Hələ ki xəbər yoxdur. Gözləyirik. İnşallah sağ-salamat Vətənimə qayıdaram, övladıma qovuşaram. Həyəcan və qorxu ilə gözləyirik".(Bizim.Media)
Mənbə: publika.az