Təkcə “Pembe” partiyə dəvət olunmadı - VİDEO

Təkcə “Pembe” partiyə dəvət olunmadı -

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialının komandası 100-cü bölüm münasibətilə ötən axşam parti təşkil edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin ziyafətdə serialda 3 mövsüm, 96-cı bölümə qədər “Pembe” obrazını canlandıran Sibel Taşçıoğlu iştirak etməyib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Taşçıoğlu məsələ ilə bağlı açıqlamasında şənliyə dəvət olunmadığını bildirib: “Bəli, ziyafətə dəvət edilməmişəm. Hər kəsin “Pembe”ni axtarmasını da anlayıram. Amma mənim üçün o dəftər artıq bağlanıb”.

Qeyd edək ki, S. Taşçıoğlunun digər ssenarist Melis Civelekin qızı, “Nilay” obrazına həyat verən Feyza Civeleklə qalmaqal yaşadığı üçün serialdan uzaqlaşdırıldığı bildirilir.



Mənbə: qafqazinfo.az