P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə edilib.
Bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova məlumat yayıb.
"Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən İranı eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu tərk etdi. Hamı sağ və salamatdır!" - nazir yazıb.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu çərçivədə iyunun 14-də Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.
Mənbə: publika.az