Yeni mövsümdə onları “Kızılcık şerbeti”ndə görməyəcəyik

Yeni mövsümdə onları “Kızılcık şerbeti”ndə görməyəcəyik

Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”nin aktyor heyətindən daha bir neçə nəfər ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, yeni mövsümdə Hasan Emre Avcı (Gökhan), Sevim Erdoğan (Leman), Soydan Soydaş (Kayhan) ve Erol Eraslan (Haluk) layihədə yer almayacaq.

Qeyd edək ki, Metehanı canlandıran Rahimcan Kapkapın da seriala vida etdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, bundan öncə baş rol ifaçılarından biri olan Pembe obrazı (Sibel Taşçıoğlu) “Kızılcık şerbeti”ndən ayrılmışdı.





Mənbə: qafqazinfo.az