Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş.
Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə ailə həyatı qurubmuş.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan həmin xanım onu tərk edib.
Bir neçə ay əvvəl isə həmin şəxs Könüllə ailə qurub. Onların “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bir çox sosial şəbəkə izləyiciləri Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyi iddia ediblər.
Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.
Aslan Vəliyev


Mənbə: qafqazinfo.az