Jony 34 minlik saatını nümayiş ETDİRDİ – FOTO

Jony 34 minlik saatını nümayiş ETDİRDİ –

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli bahalı aksesuarı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi taxdığı lüks “Rolex Datejust” markasına məxsus məhdud sayda satışda olan qol saatının fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Jonynin qolunu bəzəyən dəbdəbəli saatın qiyməti isə 20 min dollardır (təxminən 34 min manat). Pop müğənni sözügedən paylaşımına “Kimin vecinə...” qısa şərhini yazıb. 

Mənbə: bizim.media