Qazax rayonunun “Təzə məhəllə” adlanan ərazisində təcili tibbi yardım xidmətinin əlçatanlığı ilə bağlı problem yaşandığı iddia olunur.
Bu barədə bloger Cavanşir Rafiqoğlu sosial media hesabında paylaşım edib.
Blogerin sözlərinə görə, ərazidə yaşayanlar 103 nömrəsinə zəng etdikdə, çağırış Ağstafa rayonunun təcili tibbi yardım şöbəsinə yönləndirilir. Oradan isə əraziyə xidmət göstərmədikləri bildirilərək başqa nömrə təqdim olunur.
Rafiqoğlu qeyd edib ki, verilən nömrə şəhər telefonu nömrəsidir və həmin nömrəyə zəng etmək üçün balansda vəsait olmalıdır.
Bloger yaşadığı ərazidə təcili tibbi yardım xidmətinin əlçatan olmamasından narazılığını ifadə edib.
Mənbə: publika.az