Ehtiram Əliyev Milli Onkologiya Mərkəzinə köçürüldü

Ehtiram Əliyev Milli Onkologiya Mərkəzinə köçürüldü

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib ki, E. Əliyev Milli Onkologiya Mərkəzinə köçürülüb və orada reanimasiyaya yerləşdirilib.

Onun sözlərinə görə, Milli Qəhrəmanın vəziyyəti ağırdır:

“Dayanmadan qan itirir. 10 gün ərzində xeyli çəki itirib. Onun xəstəliyinin səbəbi hələ də açıqlanmayıb”.

Qeyd edək ki, Ehtiram Əliyev bundan öncə Yeni Klinikada müalicə olunurdu. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilmişdi.

Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanıdır.

Mənbə: musavat.com