Yaşı 30-dan yuxarı olan insanlar daha çox hansı xəstəliklərə tutulur?

Yaşı 30-dan yuxarı olan insanlar daha çox hansı xəstəliklərə tutulur?

Azərbaycanda son illərdə xəstələnmələrin sayında artım müşahidə edilir. Xəstələnmə göstəricisinin yüksəlməsi həm gənclər, həm də yaşı 30 və daha yuxarı olan insanlarda müşahidə edilib

.Sfera.az rəsmi məlumatlatlara istinadən xəbər verir ki, yaşı 30 və yuxarı olan hər 5 insandan biri müxtəlif xəstəliklərə tutulur. 2010-cu illə müqayisədə xəstələnmə göstəricisi xeyli artıb. Həmin ildə hər 7 nəfərdən 1-i xəstələnirdi.

2022-ci ilin məlumatına əsasən 30 və yuxarı yaşda olan insanlar daha çox tənəffüs orqanlarının, qan dövranı sisteminin, infeksion və parazitar, həzm sisteminin, sidik-cinsiyyət sisteminin xəstəliklərinə tutulur.

Ötən il hər 10 min nəfərdən 625 nəfər tənəffüs orqanlarının xəstəlikləri ilə üzləşib. 

Qan dövranı sisteminin xəstəliklərə 234 nəfər, infeksion və parazitar xəstəliklərə 153 nəfər, həzm sisteminin xəstəliklərinə 148 nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərinə 129 nəfər tutulub.

2010-cu ilə müqayisədə ötən il xəstələnmə sayında ən çox artım sinir sistemi xəstəliklərində (2,22 dəfə artım), göz və gözün əlavə aparatının xəstəliklərində (2,57 dəfə), sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlilərində (2,25 dəfə) qeydə alınıb.

Mənbə: sfera.az