Gələn il sülhməramlılar Qarabağda nə edəcək ki?! - Politoloq

Gələn il sülhməramlılar Qarabağda nə edəcək ki?! - Politoloq

“Qarabağ respublikası"nın ləğvi Rusiyanın demək olar ki, oradan tamamilə çıxması deməkdir”.

Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, bu sözləri politoloq Vadim Truxaçov deyib.

O bildirib: “2024-cü il yanvarın 1-dən sülhməramlılarımız orada nə etməlidir? Ermənilər gedəcək, qorumağa heç kim olmayacaq. Azərbaycan sülhməramlılara qapını göstərəcək. Ermənistan isə Gümrüdən bizim hərbçilərimizin çıxarılmasını istəyəcək”.

V. Truxaçovun fikrincə, nəticədə əsas qaliblər ABŞ, Aİ, NATO və Türkiyə olacaq. Onlar regionda Ermənistan-Azərbaycan münaqişəsini öz bildikləri kimi həll edəcəklər:

“İran çətin ki, ABŞ-ın dəstəkləyəcəyi bir NATO üzvü ilə qarşı-qarşıya gəlmək riski etsin. Qərbin isə həm Ermənistan, həm də Azərbaycan üzərində təsir alətləri var”.

 

Mənbə: yenisabah.az