Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və İran səfiri Xəlil Şirqolami İrəvan və Tehran arasında enerji, logistika və ticarət-iqtisadi məsələlərdə əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-İran gündəliyindəki digər məsələlərə də toxunublar.
Qeyd etmək lazımdır ki, İran Ermənistanın ən vacib ticarət tərəfdaşlarından biri olaraq qalır. 2025-ci ilin məlumatlarına görə, iki ölkənin ticarət dövriyyəsi 768,1 milyon dollar təşkil edib.
2025-ci ildə İranın Ermənistanın ümumi xarici ticarətindəki payı 3,6% təşkil edib. İran uzun illərdir ki, Ermənistanın ən yaxşı on ticarət tərəfdaşı arasında yer alır.
Müəllif: Tural
Mənbə: publika.az