Kəşfiyyat polkovnikindən şok proqnoz: "Rusiya daha 30 il müharibə şəraitində yaşaya bilər" – VİDEO

Kəşfiyyat polkovnikindən şok proqnoz: "Rusiya daha 30 il müharibə şəraitində yaşaya bilər" –

Rusiya daha 20–30 il müharibə şəraitində yaşaya bilər.

Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) professoru, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) istefada olan polkovniki Andrey Bezrukov bəyan edib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Onun sözlərinə görə, dünya artıq qlobal münaqişə fazasına qədəm qoyub və qarşıdakı iki onillik Rusiya üçün daimi qarşıdurma dövrü olacaq.

Bezrukov həmçinin qeyd edib ki, bəşəriyyət qarşıda böyük dəyişikliklər epoxasına qədəm qoyur.

O vurğulayıb ki, qarşıda dünyanı Asiyada müharibələr, bioloji müharibələr və dronların (pilotsuz uçuş aparatları) müharibəsi epoxası gözləyir:

“Bu yeni dövr dövlətlərdən tamamilə fərqli hərbi və strateji hazırlıq tələb edəcək”.


Mənbə: bizim.media