“Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur”.
Bunu Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupascu Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, bu baxımdan ölkələr əməkdaşlıq istiqamətində əməli addımlar atmalıdırlar:
"Keçən il Moldova hökuməti kritik infrastruktur üçün bütün təhlükəsizlik tələblərini qəbul etdi. Beləliklə, bu ildən etibarən təhlükəsizlik yoxlamaları apara, çərçivənin düzgün tətbiq edilib-edilmədiyini yoxlaya və bu cür icra qabiliyyətini həyata keçirə biləcəyik".
Qonağın sözlərinə görə, kiber təhlükəsizlik sahəsində kadr çatışmazlığı Moldovada böyük problemdir:
"Hökumətə kibertəhlükəsizlik təcrübəsi təqdim edə biləcək istedadlı insanlar tapmaq asan deyil. Buna görə biz düzgün motivasiyaya malik insanları hədəfləyirik və tapırıq, sonra onların daha təcrübəli olması üçün müxtəlif təlim proqramları və bacarıq artırma proqramlarından keçirik.
Əlbəttə, tənzimləmə və siyasət hissəsi hələ də böyük rol oynayır, çünki düzgün çərçivə olmadan düzgün istiqamətdə hərəkət edə bilmərik".
Mənbə: bizim.media