Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu

Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu

Litvanın xarici işlər naziri Kestutis Budris yaxın günlərdə vəzifəsindən uzaqlaşdırıla bilər.

Bu barədə Litvanın “Lrytas” portalı Seym deputatlarına istinadən məlumat yayıb.

Məlumata görə, siyasətçi son vaxtlar Kalininqrad və Belarusla bağlı səsləndirdiyi sərt fikirlərə görə ciddi tənqid hədəfinə çevrilib.

“Vətən İttifaqı” Partiyasının lideri Laurinas Kaşyunas portalın sorğusuna cavabında bildirib ki, eşitdiklərinə əsasən, Budris nazir postunda son günlərini yaşayır və onun taleyi ilə bağlı qərarın həftəsonu veriləcəyi gözlənilir.

Xatırladaq ki, Kestutis Budris may ayında İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində NATO-nu Rusiyanın Kalininqrad vilayətinə qarşı hərbi əməliyyat keçirməyə çağırmışdı. Həmin açıqlama Litvada və regionda geniş rezonans doğurmuşdu.

Adəm

Mənbə: publika.az