Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ona ünvanlandığı açıq məktub barədə məlumatlandırılıb.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ona məruzə edilib”, - Kreml nümayəndəsi məsələ barədə sualı cavablandırarkən deyib.

Xatırladaq ki, ötən gün V.Zelenski rusiyalı həmkarına açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib.

Mənbə: qafqazinfo.az