Ermənistanda yekun seçici fəallığı AÇIQLANDI

Ermənistanda yekun seçici fəallığı

Mərkəzi Seçki Komissiyası İrəvan vaxtı ilə saat 20:00-a, yəni səsvermə məntəqələrinin bağlandığı ana olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

Bu barədə Ermənistan KİV-nə istinadla məlumat verilir.

Belə ki, 2 milyon 503 min 976 seçicidən 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib ki, bu da təxminən 59%, daha dəqiq desək – 58,97% təşkil edir.


Bununla da seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə təxminən 10% daha yüksək olub.

2021-ci ilin parlament seçkilərində 1 milyon 281 min 174 seçici iştirak etmişdi ki, bu da o zaman 49,4% təşkil edib.

Seçicilərin üçdə birindən çoxunun yaşadığı İrəvanda fəallıq 58,46% (496 643) olub.

Mənbə: bizim.media