Birləşmiş Ştatların tələbi ilə BƏƏ İsrailə hücumlarını dayandırmaq müqabilində İrana 3 milyard dollar nağd pul daşıyan təyyarə ilə pul təhvil verib.
"Intel Watch"un iddiasına görə, İran tərəfindən atəşkəsin elan edilməsinin səbəbi iyunun 8-də Qətər nümayəndə heyəti tərəfindən amerikalıların mesajının (İsrailin Livanda cilovlanması barədə) çatdırılması və eyni zamanda, Əbu-Dabidən Tehran istiqamətinə BƏƏ-yə məxsus "Boeing 737" təyyarəsi vasitəsilə 3 milyard dolların köçürülməsi olub.
Təyyarə tətbiq edilən hava məhdudiyyətlərinə baxmayaraq, Tehran vaxtı ilə saat 13:00-da Mehrabad hava limanına eniş edib.
Mənbə: bizim.media