Hakan Fidan Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək

Hakan Fidan Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfər iyun ayının ortasında baş tutacaq.

Zaxarova qeyd edib ki, Hakan Fidan Sergey Lavrovla danışıqlar aparacaq.

Mənbə: apa.az