“İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrində təxminən 1 milyon 500 min uşağı əhatə edir”.
Bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O qeyd edib ki, layihə ümumilikdə müsbət qiymətləndirilir:
“Yeni tədris ilindən şagird davranış qaydaları ilə bağlı dəyişikliklər də təsdiqlənib. Bu ildən məktəblərdə mobil telefonların gətirilməsi və istifadəsi qadağan olunub. Bununla bağlı nəzarət mexanizmlərinin tətbiqinə də başlanılıb".
Mənbə: bizim.media