Müctəba Xamenei barədə gözlənilməz detal: sertifikatı var - TOEFL

Müctəba Xamenei barədə gözlənilməz detal: sertifikatı var -

Bu gün İranda mərhum Ali rəhbər Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə diqqətçəkən açıqlama verilib.

Bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.

Müctəba Xameneinin qayınanası onun ingilis dilinə qarşı olması ilə bağlı yayılan iddiaları təkzib edib. O bildirib ki, kürəkəni evlənməzdən əvvəl TOEFL imtahanından keçib və ingilis dilini yaxşı səviyyədə bilib.


Qayınana əlavə edib ki, Müctəba Xamenei ailə daxilində də xarici dillərin öyrənilməsinə önəm verib və nəvələrə dil öyrənməyi tövsiyə edirdi.


Mənbə: bizim.media