Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin (ROK) Müqəddəs Nikolay Katedralindən bir neçə ikona oğurlayıblar.
Bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, oğurluğun baş verdiyi kilsə İranın ən qədim kilsələrindən biridir, ölkənin paytaxtında isə yeganədir.
Rusiya diplomatik missiyası bu cinayəti törədənləri “bu günahı öz üzərlərinə götürməməyə” və oğurlanmış ikonaları kilsəyə qaytarmağa çağırıb.
Mənbə: qafqazinfo.az