ABŞ prezidenti Donald Tramp Konqresdəki bütün respublikaçıları Müdafiə Nazirliyi üçün 350 milyard dollarlıq əlavə büdcənin təsdiqlənməsi üçün qanun layihəsini dərhal təqdim etməyə və təsdiqləməyə çağırıb.
Prezident “Truth Social”da yazıb: "Konqresdəki respublikaçıları dərhal gözlənilən 350 milyard dollarlıq “Recon 3.0” büdcə uzlaşması qanun layihəsini irəli sürməyə və qəbul etməyə çağırıram".
Tramp bildirib ki, “Recon 3.0” qanun layihəsi ABŞ-ın ümumi hərbi büdcəsinin 1,5 trilyon dollara çatması üçün zəruri bir addımdır.
Amerika lideri silahlı qüvvələrin modernləşdirilməsi üçün vəsaitə ehtiyac olduğunu vurğulayıb. O, bunun “Qızıl Günbəz” raketdən müdafiə qalxanı və “Qızıl Donanma” layihəsinə, eləcə də sursat ehtiyatlarının artırılmasına və F-47 qırıcılarının, B-21 bombardmançılarının və PUA-ların istehsalının artırılmasına aid olduğunu qeyd edib.
Müəllif: Tural
Mənbə: publika.az