İşğal altındakı Krımda yanacaq böhranı pik həddə çatıb.
Sevastopolun rusiyalı "qubernatoru" Mixail Razvojayev yerli sakinləri yanacaqdoldurma məntəqələrində növbəyə durmamağa çağırıb.
O bildirib ki, ötən gecə şəhərə benzin daşıyan maşınlar gəlməyib, bu səbəbdən də yanacaq alışı üçün yeni QR-kodların verilməsi müvəqqəti olaraq dayandırılıb.
Razvojayevin sözlərinə görə, hazırda şəhərdəki TES şəbəkələri yalnız kommunal xidmətlər, təcili tibbi yardım, güc strukturları və ictimai nəqliyyatın avtomobillərini yanacaqla təmin edəcək.
"Qubernator" şəhərə növbəti yanacaq partiyasının nə vaxt gətiriləcəyi barədə dəqiq məlumat verməyib.
Mənbə: bizim.media