Putinin dediyi iş adamı o imiş: Abramoviçin Ukraynaya necə getdiyi bəlli oldu

Putinin dediyi iş adamı o imiş: Abramoviçin Ukraynaya necə getdiyi bəlli oldu

Rusiyalı milyarder Roman Abramoviç Ukraynaya quru yolu ilə gəlib.

“RBC-Ukrayna”nın məlumatına görə, bu detalı Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixi açıqlayıb.

"Onun necə səyahət etməsinin fərqi varmı - qatarla, maşınla və ya nə ilə? Əlbəttə ki, onun uçmadığını deyə bilərik, məncə, bu detal hər şeyi aydınlaşdırır", - deyə o bildirib.

İyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında çıxışı zamanı adı açıqlanmayan rusiyalı iş adamı ilə Ukrayna lideri Vladimir Zelenski arasında görüşdən danışıb.

Rusiya liderinin sözlərinə görə, iş adamı SPIEF-dən bir neçə həftə əvvəl ona yaxınlaşıb və Kiyevdə şəxsi görüşə dəvət olunması barədə məlumat verib.

Müəllif: Tural

Mənbə: publika.az