Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib

Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib

İran ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğu barədə bəyanatına baxmayaraq, Vaşinqtonla mümkün sülh sazişinin heç bir mətnini hələ təsdiqləməyib.

Bu barədə "Fars" agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ-la ilkin memorandum və ya yekun razılaşma mətnlərindən heç biri İran tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin başa çatdırılması ilə bağlı razılığın əldə olunduğunu və sənədlərin yaxın günlərdə imzalana biləcəyini bildirmişdi.

Mənbə: apa.az