ABŞ Prezidenti Donald Tramp Amerika Silahlı Qüvvələrinin onun əmri ilə əməliyyat keçirdiyini, "Tren de Aragua" cinayətkar qruplaşması liderinin zərərsizləşdirdiyini açıqlayıb.
O, bunu "Truth Social" da yazıb.
Əməliyyat ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı tərəfindən Venesuela tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilib.
"Mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı ildırımsürətli zərbə endirərək, "Tren de Aragua" qruplaşmasının bədnam lideri Nino Herreronu uğurla zərərsizləşdirib", - o bildirib.
Mənbə: publika.az