"Rusiya qoşunları strateji üstünlüyü qoruyub saxlayır və Ukrayna Silahlı Qüvvələrinin (VSU) heç bir zərbəsi bu vəziyyəti dəyişdirməyəcək".
Bunu Rusiya Prezidenti Vladimir Putin Donbas və "Novorossiya"nın inkişafı ilə bağlı təşkil olunmuş iclasda bildirib.
Rusiya dövlət başçısı son günlər artan PUA hücumlarına da işarə vurub: "Qoşunlarımız inamla irəliləyərək strateji üstünlüyü qoruyub saxlayır və heç bir atəş və ya pilotsuz təyyarə hücumu bu vəziyyəti dəyişdirməyəcək!".
O əlavə edib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonası üzrə (SVO-Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) bütün istiqamətlərdə irəliləyir.
Müəllif: Tural
Mənbə: publika.az