ABŞ-nin yüksək vəzifəli rəsmisi İsrailin Baş naziri Benyamin Netanyahunun G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq liderləri ilə keçirəcəyi görüşdə iştirak etməyəcəyini açıqlayıb.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin yaxın günlərdə İsveçrənin Cenevrə şəhərinə danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmək niyyətində olmadığını bildirib.
İran mediasının yaydığı məlumata görə, hazırda belə bir səfər planlaşdırılmır.
Məlumatlar Yaxın Şərqdə gərginliyin davam etdiyi və diplomatik təmaslarla bağlı gözləntilərin artdığı bir vaxtda açıqlanıb. Hələlik nə Vaşinqton, nə də Tehran tərəfi məsələ ilə bağlı əlavə təfərrüat paylaşmayıb.
Mənbə: metbuat.az