Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq

Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq

"Üçbaşlı mafiya sadə bir səbəbdən heç nə edə bilməz. Bu səbəb isə odur ki, o, xalqın dəstəyinə malik olmayıb, sahib deyil və heç vaxt sahib olmayacaq".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əksinə, xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, əsas kuklaçı olan Kaluqalı Serji unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”, - Paşinyan əlavə edib.

Mənbə: apa.az