Yenə nümunə oldular - Video

Yenə nümunə oldular - Video

2026-cı il Dünya Çempionatı zamanı yapon azarkeşlər bir daha nümunəvi davranışları ilə diqqət mərkəzinə düşüblər.

Yaponiya – Niderland qarşılaşmasının (2:2) başa çatmasından sonra tribunaları tərk etməyə tələsməyən yaponiyalı azarkeşlər oturduqları əraziləri təmizləyərək zibilləri toplayıblar.

Onlar stadionu səliqəli vəziyyətdə saxlamaq üçün xüsusi torbalardan istifadə edərək tullantıları yığıblar.

Mənbə: qafqazinfo.az