Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

Mənbə: qafqazinfo.az