Ukrayna pilotsuz uçuş aparatları ilə bağlı sövdələşmənin öz üzərinə düşən hissəsini yerinə yetirməyincə, Varşavadan “MiQ-29” qırıcılarını tələb edə bilməz.
“Wirtualna Polska News”a istinadla xəbər verilir ki, bu barədə polşalı istefada olan general Yaroslav Kraşevski efirdə çıxışı zamanı danışıb.
“Ukraynalılar müqaviləni yerinə yetirmədikləri təqdirdə, “MiQ”lərin verilməsini tələb etməməlidirlər. Bu, onlara kölgə salır”, - deyə hərbçi vurğulayıb.
Bununla belə, ekspert bildirib ki, Polşanın Ukraynanın təhvil verəcəyini vəd etdiyi pilotsuz uçuş aparatı texnologiyalarına ehtiyacı yoxdur. Çünki Varşava onsuz da daha təkmil həllərə malikdir.
Daha əvvəl bildirilmişdi ki, Varşava Volodimir Zelenskinin Qdanskda keçiriləcək konfransa səfərinə razılıq verməklə növbəti dəfə Kiyevə güzəştə gedib. Bu fikri Polşanın sabiq baş naziri Mateuş Moravetski səsləndirib.
Bundan əlavə, Polşanın keçmiş baş naziri Leşek Miller Kiyevə ötürülən pulların taleyinin Varşavaya bəlli olub-olmayacağı sualını qaldırıb.
Mənbə: publika.az