Məhkəmə qərarı ilə "Ermənistan" blokundan parlamentə namizəd Ruslan Barseqyan iki ay müddətinə həbs edilib.
Ermənistan mətbuatına istinadla xəbər verilir ki, həmin blokdan namizəd Asatur Köçəryana qarşı ev dustaqlığı qətimkan tədbiri seçilib.
İyunun 17-də Mərkəzi Seçki Komissiyası prokurorun Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi və onların azadlıqdan məhrum edilməsi barədə vəsatətini təmin etmişdi.
Bundan əvvəl Mərkəzi Seçki Komissiyası da Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatəti təmin etmişdi.
Müəllif: Tural
Mənbə: publika.az