İran Hörmüz boğazını bağlayıb? - XİN AÇIQLADI - VİDEO

İran Hörmüz boğazını bağlayıb? - XİN AÇIQLADI - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə iyunun 19-da İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran Hörmüz boğazını bağlayıb? - XİN AÇIQLADI - VİDEO

"Bəzi KİV-lərin Hörmüz boğazının bağlanması ilə bağlı iddiaları həqiqətə uyğun deyil", - deyə İran XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ABŞ və İran iyunun 17-də atəşkəs əldə ediblər və Hörmüz boğazı gəmilərin hərəkəti üçün açılıb.

Hörmüz boğazı akvatoriyasında xəbərdarlıq atəşləri açılıb və İran ordusu radio vasitəsilə gəmilərin əraziyə yaxınlaşmasına qadağa qoyulduğunu elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

İranın Fars Körfəzi Boğazı İşləri üzrə İdarəsi (PGSA) "X" platformasında bildirib ki, gəmilərin ərazidən keçidi yalnız əvvəlcədən müraciət edildiyi təqdirdə mümkündür.

Məlumata görə, müəyyən edilmiş şərtlərə tam əməl olunduğu hallarda müraciətlər təmin ediləcək.

Mənbə: oxu.az