Prezident onu təltif etdi

Prezident onu təltif etdi

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə H.Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2012-ci ildən bəri Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiridir. Sabah onun 80 yaşı tamam olacaq.

Mənbə: qafqazinfo.az