İsrail hərbçiləri Livanın cənubundakı bufer zonasında buldozer və motosikletlərlə hərəkət edən "Hizbullah" hərəkatının dörd üzvünə atəş açıblar.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Əli-ət-Tahir dağ silsiləsi ərazisindəki təhlükəsizlik zonasında əsgərlər buldozer və motosikletlərlə hərəkət edən, bufer zonaya daxil olan və əsgərlərə yaxınlaşaraq birbaşa təhlükə yaradan dörd "Hizbullah" terrorçusunu aşkarlayıblar və xəbərdarlıq atəşi açıblar", - deyə açıqlamada bildirilib.
Mənbə: oxu.az