İraq hökuməti ABŞ-dəki səfir vəzifəsinə erməni əsilli xristian diplomat Krikor Der-Aqobyanın namizədliyini irəli sürüb.
Regional KİV-in yaydığı məlumata görə, hazırda İraqın baş nazirinin baş müşaviri kimi fəaliyyət göstərən və uzun illər diplomatik sahədə çalışan Krikor Der-Aqobyanın namizədliyi ABŞ hakimiyyəti tərəfindən təsdiqlənərsə, o, son onilliklərdə Vaşinqtona təyin edilən ilk qeyri-şiə İraq səfiri olacaq.
Bildirilir ki, bu təyinat Bağdadın ABŞ ilə münasibətləri daha da gücləndirmək, əməkdaşlığı təhlükəsizlik sahəsindən kənara çıxararaq digər istiqamətlərdə də genişləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Mənbə: musavat.com