"Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm" – Netanyahu

"Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm" –

İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin xarici işlər naziri Gideon Saarın “erməni soyqırımı”nı tanımaq təşəbbüsünü dəstəklədiyini bildirib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Netanyahu mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq bildirib.

“Mən bunu tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm”, - deyə Netanyahu qeyd edib.

İsrailin xarici işlər naziri Gideon Saar iyunun 26-da bildirib ki, bazar günü Nazirlər Kabinetinə Osmanlı İmperiyasının son illərində törədilmiş “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qətnamə təklif etməyi planlaşdırır.

Mənbə: www.faktinfo.az