Nazir komandiri işdən çıxardı - FOTO

Nazir komandiri işdən çıxardı -

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.

“Qaynarinfo.az”a istinadla xəbər verilir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.

Onun yerinə Süleyman Hüseynov gətirilib.

Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.


Mənbə: bizim.media