ABŞ-da həbsdə olan Venesuela prezidenti Nikolas Maduro iyunun 28-də baş verən zəlzələlərdən sonra Venesuela xalqına müraciət edib.
Madura müraciətində İncilin ayələrindən sitat gətirib:
“Səni nə vaxt xəstə və ya həbsxanada görüb ziyarət etdik?" Padşah onlara cavab verəcək: "Sizə doğrusunu deyirəm: ən kiçik qardaşlarımdan birinə etdiyinizi mənə etdiniz", - deyə o, sosial şəbəkədəki səhifəsində yazıb.
Maduro qeyd edib ki, o və həyat yoldaşı yaralılar və itkin düşənlər üçün dua edirlər.
Müəllif: Tural
Mənbə: publika.az